Rusiya rəsmən elan etdi: Azərbaycanla normallaşma prosesini Ermənistan pozur
Rusiya Ermənistanın hərəkətlərini Roma Statutunun mümkün ratifikasiyası kontekstində qeyri-dost kimi qiymətləndirir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Zaxarova xatırladıb ki, Ermənistan səfiri artıq nazirliyə çağırılıb və ona İrəvanın bir sıra qeyri-dost hərəkətləri, o cümlədən Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı təqdimat verilib.
"İrəvanın motivasiyasını erməni tərəfi izah etməli və aydınlaşdırmalıdır. Bu, nə üçün edilir, niyə edilir? Yeri gəlmişkən, onlar öz qiymətlərini verdilər. Amma biz erməni dəfələrlə demişik ki, bu cür addımları qeyri-dostluq hesab edirik”.
Diplomat vurğulayıb ki, Rusiya sözsüz ki, Ermənistanı suveren dövlət hesab edir. Bununla belə, Moskva Ermənistanın normallaşma prosesini (Ermənistan-Azərbaycan münasibətləri - red.) gərginləşməyə və pisləşməyə doğru poza biləcək hərəkət və bəyanatlarının zərərli olduğunu bildirir: “Bunlar Rusiyanın vasitəçiliyi ilə razılaşdırılan hər şeyin həyata keçirilməsinə mane olacaq”.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya real nizamlanmada maraqlıdır. “Burada isə heç bir formal yanaşma, eksklüziv diplomatik praktika yoxdur. Rusiya tərəfi bunun Rusiyaya zərər vermədiyini, amma atılan bu təkəbbürlü addımların nizamlanmaya kömək etmədiyini izah etməyə çalışır”, - Zaxarova bildirib.
Xatırladaq ki, Ermənistan hökuməti sentyabrın 1-də Milli Assambleyaya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya layihəsini göndərib.