bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan Moskvanın qarşısından geri çəkilir - Xoşagəlməz aqibət gözlənilir

7-04-2023, 13:05 0 dəfə baxılıb




Ermənistan hakimiyyəti BCM-nin Roma Statutunu ratifikasiya etməyə tələsmir.

Publika.az xəbər verir ki, Ermənistan hökuməti hələ də Roma Statutunun ratifikasiyası məsələsini Milli Assambleyaya təqdim etməyib. Bu barədə “Joqovurd” qəzeti yazır.

Nəşrin yazdığına görə, hökumət sənədi hələ ki, Milli Məclisə göndərməzdən öncə özü onu ratifikasiya etməlidir. Martın sonunda Ermənistan Konstitusiya Məhkəməsinin BCM-nin Roma Statutunda təsbit olunmuş öhdəliklərin Əsas Qanununa uyğunluğu barədə qərarından sonra hakimiyyət orqanlarının ratifikasiya etmək üçün üç ay vaxtı var.

Martın 27-də TASS-ın Rusiya Xarici İşlər Nazirliyindəki mənbələri rəsmi İrəvanın Roma Nizamnaməsinə qoşulmaq planlarına Moskvanın son dərəcə mənfi reaksiya verdiyini və İrəvana arzuolunmaz nəticələr barədə xəbərdarlıq edildiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı BCM-nin Rusiya rəhbərliyinin həbsinə order verməsi fonunda verilib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın vəziyyətin müttəfiqlik yolu ilə həllinə ümid etdiyini bildirib. Aprelin 3-də isə Ermənistan parlamentinin spikeri Alen Simonyan müsahibəsində ratifikasiya məsələsindəki tələskənliyə qarşı çıxış edərək bildirib ki, bu gün müəyyən səmərəliliyi olmayan bu addım Rusiyaya münasibətdə yanlış olardı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930