bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının səbəbini izah edib

14-09-2023, 09:24 2 dəfə baxılıb




“Keçən il Praqada Azərbaycanın ərazi bütövlüyünün tanınması Ermənistanın öz ərazisini qorumaq üçün edilib”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

Ermənistanın baş naziri bir daha xatırladıb ki, Rusiya Federasiyasının təklifi 2022-ci ilin avqustunda ATƏT-in Minsk qrupunun həmsədri İqor Xovayev tərəfindən regiona səfəri zamanı təqdim edilib. O, öz təkliflərinə cavab almaq üçün sentyabrın 13-də bölgəyə gəlib, lakin məhz bu vaxt cəbhədə vəziyyət gərginləşib.

Rusiya və KTMT Ermənistanın müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yazılı və şifahi müraciətlərinə cavab verməyib, İrəvan isə Rusiyanın Qarabağın statusu ilə bağlı təklifinə müsbət cavab verib.

“Amma artıq oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılaşma əldə olunub. Bu qərarı yanlış hesab edənlərin hamısı Ermənistanın suveren dövlət olmasına qarşıdır”, - Paşinyan deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930