bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukraynada sülh olsa, kim uduzacaq? - Ərdoğan ELAN ETDİ

18-09-2023, 09:44 0 dəfə baxılıb







"Ankara Ukraynadakı vəziyyətin nizamlanması üçün səylərini davam etdirir.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Siyasətçi sülh prosesində uduzanların olmayacağını vurğulayıb. O qeyd edib ki, Türkiyə bu istiqamətdə diplomatik uğur qazana bilib.

"Müharibənin qalibi, sülhün isə uduzanı olmadığı qənaəti ilə səylərimizi davam etdiririk", - deyə Türkiyə lideri bildirib.

O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bölgəyə ziyan vuran hərbi əməliyyatların beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhlə mümkün qədər tez başa çatacağına ümid etdiyini bildirib.

Sentyabrın 4-də Türkiyə lideri taxıl sövdələşməsi ilə bağlı Moskva ilə birgə addımlar ata bilmək üçün Ukrayna tərəfini mövqeyini yumşaltmağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031