İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...
İrəvanda etirazçılar arasında toqquşmalarda 16-sı polis olmaqla 34 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, zərərçəkənlərdən 17-nə lazımi tibbi yardım göstərilib və onlar tibb müəssisələrindən buraxılıblar. 16 nəfərin müalicəsi davam edir. Bir nəfərin əməliyyat olunduğu da bildirilir.
Bundan əvvəl bildirilmişdi ki, “HayaKve” (Ermənistan səsi) təşəbbüsünün həmtəsisçisi və əlaqələndiricisi Avetik Çalabyan Ermənistan hökumət binası yaxınlığında keçirilən etiraz aksiyasında insanları 20 sentyabrda Respublika meydanını tərk etməməyə, bütün şəhəri iflic vəziyyətə salmağa çağırıb.