bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

21-09-2023, 09:16 1 dəfə baxılıb




“Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları (Qarabağın erməni əhalisini – red.) girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdu, onların beyinlərini zəhərləmişdi.

“Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031