bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”

22-09-2023, 09:06 0 dəfə baxılıb





“Sentyabrın 19-da Azərbaycan iki mülki vətəndaşın və dörd polis əməkdaşının faciəvi ölümünə cavab olaraq Qarabağda antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədi daşıyır”.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirdiyi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq, Ermənistan və Azərbaycanın normallaşma prosesində tam iştirak etməsi irəliyə doğru yeganə davamlı yoldur.

Diplomat bildirib ki, BMT aidiyyəti tərəflərlə sıx əlaqə saxlayacaq və lazım gəldikdə davam edən sülh səylərini dəstəkləyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930