bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?

26-09-2023, 12:20 1 dəfə baxılıb


Qida rasionumuzda xüsusi yer tutan pendir bəzən gözləmədiyimiz təhlükələrə yol aça bilər. Bu məhsul süddən hazırlandığı üçün vitamin və minerallarla çox zəngindir. Ancaq süd dərhal istehlak edilmədikdə, tərkibində bakteriyalar əmələ gəlməyə başlayır.

Bu mənfi hal pendirə də aiddir və buna görə də bəzən pendir insanlarda ciddi narahatlıq yaradır.

Bəs pendir alarkən ilk növbədə nəyə diqqət yetirmək lazımdır?

Mütəxəssislər tövsiyə edirlər ki, pendiri seçərkən ilk növbədə onun dadına baxmaq lazımdır. Heyvan mənşəli qida olan pendirdə bakteriyalar çox tez əmələ gəlir. Bu səbəbdən dadı turş olan pendirlərdən uzaq durmaq lazımdır.

Diqqət yetirilməsi lazım olan başqa bir məqam pendirin bütün kənarlarının bərabər olmasıdır. Üzərində pas və ya kif olmamalıdır. Yaxşı pendiri ayırd etməyin ən yaxşı yolu onun rəngidir. Rəng parlaq və canlı olmalıdır. Rəngi tutqun, tünd ağ və ya sarımtıl pendirləri seçməmək məsləhətdir.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya açıqlamasında pendirin tez xarab olan, yüksəkriskli qidalar sırasında olduğunu qeyd edib:

“Pendir zülal tərkibli qida olduğuna görə çox faydalıdır.

Xüsusilə süd məhsulu olduğuna görə tərkibində orqanizm üçün faydalı olan probiotiklər var. Bunlar isə faydalı bakteriyalar hesab olunur və həzm sistemində bağırsaq mikroflorasının düzgün yayılmasında çox böyük rol oynayır. Gündəlik qidalanmada mütləq şəkildə pendirdən istifadə etmək tövsiyə olunur.

Eyni zamanda pendir həm kalsiumla, həm də A, B, C vitaminləri ilə zəngindir. Sadəcə olaraq süd məhsulu olduğu üçün pendirin saxlanılmasında, daşınmasında soyuq zəncir prinsipinə mütləq şəkildə əməl etmək lazımdır”.

Ekspertin sözlərinə görə mağazadakı pendirlər uzun müddət saxlanıldığı üçün keyfiyyətini itirir.

Buna görə onun faydalarından yararlanmaq üçün saxlanma şərtləri mütləq qaydasında olmalıdır:

“Təbii pendir tez xarab olmağa meyilli olduğu üçün öz suyunda saxlanılmalıdır. Yaxşı olar ki, vakuumlanmış formada, uyğun temperaturda saxlanılsın. Açıb istifadə etdikdə isə yenidən hava keçirməyən və ya su mühitində saxlanılmalıdır.

Pendir alarkən istehsal və son istifadə tarixinə diqqət etmək lazımdır. Əgər paketi zədələnibsə, hava keçirirsə və tamlığı pozulubsa, bu onun daşınma zamanı pozulduğunun göstəricisidir. Bu da həmin pendirlərin xarab olduğunun göstəricisidir ki, bu halda ehtiyatlı olmaq lazımdır. Çünki az hava təmas edərsə, məhsul kiflənməyə başlayır”.

Məhsəti Hüseynova onu da diqqətə çatdırıb ki, mağazada və ya evdə saxlanılarkən keyfiyyətini itirən pendir orqanizmdə şişkinlik, köp, bəzən ishal, bəzən də qəbizlik kimi narahatlıqlara səbəb olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930