bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qəlyanaltı üçün ən universal və sağlam qida açıqlandı - FOTO

7-04-2022, 20:23 252 dəfə baxılıb

Qəlyanaltı üçün ən universal və sağlam qida açıqlandı - FOTO
Qəlyanaltı üçün universal və sağlam qida qoz-fındıqdır.

Bu barədə amerikalı diyetoloq Cessila Boll öz tövsiyələrində deyib.

O bildirib ki, ən ideal qəlyanaltı daşınması əlverişli və demək olar ki, istənilən mühitdə yeyilə bilənidir və qoz-fındıq bu məsələdə əvəzedilməzdir. Diyetoloqun fikrincə, bu məhsul rahatlıqdan əlavə, yaxşı dad və bir çox faydalı xüsusiyyətlərə malikdir.

Qoz-fındıq insanı tox saxlayan yağ, lif və zülalla zəngindir. Bundan əlavə, onların tərkibində bədənin optimal işləməsi üçün zəruri olan maqnezium, E vitamini, sink və fol turşusu var. Müntəzəm olaraq qoz-fındıqla qəlyanaltı etmək ürək sağlamlığını yaxşılaşdırmağa və diabet riskini azaltmağa kömək edir.

Aclıq çox güclüdürsə, Boll qoz-fındıqlara quru meyvə, alma, pendir və ya tünd şokolad əlavə etməyi təklif edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930