bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xankəndidə partlayışda yaralanan 23 nəfər RSK-nın tibb məntəqəsində müalicə alır

26-09-2023, 12:22 3 dəfə baxılıb


Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra yanıq xəsarətləri alan 23 nəfər Rusiya sülhməramlı kontingentinin (RSK) tibb məntəqəsinə gətirilib.

Bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat verilib.

“Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri partlayış zamanı xəsarət alanlara təcili yardım göstərməkdə davam edirlər. Ehtiyacı olanlara və zərərçəkənlərə bütün lazımi yardım göstərilir”, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatına görə, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031