Mikroavtobus qəzasında yaralanan yeddi nəfər Kliniki Tibbi Mərkəzə gətirilib
Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan yeddi nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
APA-nın KTM-ə istinadla xəbərinə görə, yaralılardan altısı qadın, biri kişi olub.
Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.
Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.