Belə başlamışdı... - VİDEO
Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin başlamasının üç ili tamam olur.
2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Düşmənin yaşayış məntəqələrimizi də atəşə tutması nəticəsində mülki vətəndaşlarımız arasında ölən və yaralanan olub.
Bundan sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb. Tezliklə bir sıra ərazilərimiz işğaldan azad olunub.
44 günlük Vətən Müharibəsi sonda Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli bəyanat imzalanıb. Bununla da neçə-neçə igidimizin qanı hesabına 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad olunub.
Bundan başqa, bu ilin sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı seperatçı rejim ağ bayraq qaldırıb.