bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Samvel qaçdı, Ruben həbs olundu: Xankəndidə neçə separatçı qalıb?

28-09-2023, 14:18 0 dəfə baxılıb




Samvel Babayanın Ermənistana getməsi, Ruben Vardanyanın Laçın postunda həbs edilməsindən sonra Qarabağda qalan separatçıların vəziyyəti daha da çətinləşib.

Publika.az xəbər verir ki, separatçılar qaça bilməyəcəkləri təqdirdə, həbs olunacaqlarını bilirlər, lakin qaçmaq imkanları da məhduddur. Çünki yeganə quru yolu Laçın sərhəd-keçid məntəqəsindən keçir və onların buradan keçməsi həbs olunmaq riskini artırır. Digər tərəfdən, zaman onlar üçün daralır, yaxın günlərdə Xankəndidə Azərbaycan bayrağının dalğlanacağı gözlənilir və bundan sonra separatçıların həbsi qaçılmaz olacaq.

Hazırda Qarabağda separatçılardan kimlər qalıb?

“Hraparak” nəşri yazır ki, keçmiş “başçılar” – Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan, eləcə də “müdfiə ordusu”nun (qanunsuz silahlı dəstələr-red) “komandirləri”, (qondarma) “parlamentin deputatları” Qarabağdadırlar.

“Samvel Babayan və “partiyası”nın əksər üzvləri Ermənistandadır. Eyni zamanda, idndiki (qondarma) “başçı” Samvel Şahramanyan və onun başçılıq etdiyi (qondarma) “hökumət” üzvləri də orada qalıblar”, - nəşr yazır. Əlavə edir ki, onlar talelərinin necə olacağını bilmirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930