bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Separatçılar müharibə ssenarisini müzakirə edir - Xankəndidə hazırlıq başladı

18-08-2023, 11:10 2 dəfə baxılıb





BMT Təlükəsizlik Şurasında istədikləri nəticəni əldə edə bilməyəndən sonra Xankəndidə vəziyyət kəskinləşib: bir tərəfdən, erməni əhalisinin separatçı rejimə qarşı etirazlara başlayacağına, digər tərəfdən, separatçı rejimin təxribat hazırlıqlarını intensivləşdirdiyinə dair məlumatlar yayılır.

Publika.az erməni mənbələrinə istinadən xəbər verir ki, yaxın günlərdə Xankəndinin mərkəzində mitinq təşkil ediləcək.

“İravunk” nəşri erməni əhalisinin separatçı rejimə etiraz etməyə hazırlaşdığını yazır. Separatçılar erməni əhalisini BMT TŞ-də müsbət qərarın çıxacağına, Laçın yolunun açılacağına inandırırdılar, lakin nəticə əldə edilmədiyi üçün əhali qondarma rejimə qarşı qəzəblidir. Hətta separatçıların “başçısı” Araik Arutyunyana qarşı “istefa” tələblərinin də irəli sürüləcəyi xəbərləri yayılır.

Separatçılar mövcud vəziyyətin belə davam edə bilməyəcəyini anlayır, xüsusilə yay mövsümündən sonra daha da çətinləşəcəyi və əhalinin tələblərinin sərtləşəcəyini düşünürlər. Bu vəziyyətdən çıxış üçün silahlı toqquşmaya getmək planları dövriyyədədir və bununla həm Azərbaycana qarşı “soyqırımı” iddialarını səsləndirmək, həm beynəlxalq diqqəti cəlb etmək, həm reinteqrasiya prosesinin qarşısını almaq, həm də erməni əhalisini separatçı rejimin ətrafında birləşdirmək istəyirlər.

Məlumatlara görə, separatçı rejim bu ssenari üzərində müzakirələr aparır. Son iki gündə qondarma “parlament” bu məsələni gündəmə gətirib. Separatçıların qondarma “müdafiə naziri” Kamo Vardanyan və qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Şahmaranyan qondarma “spiker” Davit İşxanyanla görüşüb, bütün “siyasi partiyaların” silahlı toqquşmaya hazırlığı dəstəkləməsinin vacibliyi müzakirə edilib. Qondarma “parlament”də bəzi “siyasi partiyalar”, xüsusilə Samvel Babayanın dəstəsi qarşıdurmaya getməyin əleyhinədir. Separatçı rejim bu fikir ayrılığını həll etməyi və Azərbaycan ordusu ilə silahlı toqquşma ssenarisinin hər kəs tərəfindən dəstəklənməsini istəyir.

Buna paralel olaraq separatçıların terrorçu dəstələri atəş mövqeləri hazırlaması, mühəndis-istehkam işlərinin aparılmasını da intensivləşdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930