Ermənistana Qərbi Azərbaycan sənədi göndərildi - İrəvandan nə tələb olunur?
UNESCO Ermənistan Xarici İşlər Nazirliyinə Qərbi Azərbaycanda abidələrin dağıdılması ilə bağlı sənəd göndərib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası yazır.
Məlumata görə, sənəd bir həftə öncə göndərilib. Orada Ermənistandakı Azərbaycan abidələrinin dağıdıldığı, mənimsənildiyi qeyd olunur, eləcə də Qərbi Azərbaycan ifadəsi yer alır.
Qərbi Azərbaycanla bağlı sənəd Ermənistan Xarici İşlər Nazirliyinə daxil olmamışdan öncə bu ölkənin Dövlət Mülki Muzeyindən “Tarix-Mədəniyyət Qoruğu, Muzeylər və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti”nə “Ermənistan ərazisində müsəlman abidələrinin, ilk növbədə qəbiristanlıqların siyahısının tərtibi” haqda yazılı göstərişin verilməsi isə erməniləri daha da qorxudub. Onlar hesab edir ki, rəsmi Bakı artıq Qərbi Azərbaycanla bağlı prosesi beynəlxalq müstəviyə keçirib və Ermənistan hökuməti qoyulan tələblər qarşısında geri çəkilir.
Erməni etnoqraf Hranuş Xaratyan bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycanla bağlı sənədi qəbul etməsi qarşıda nələrin olacağından xəbər verir.