bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Araik, Bako və Arkadi necə həbs edildi? - Kəşfiyyatın “nöqtə əməliyyatı”

4-10-2023, 11:59 3 dəfə baxılıb




Qarabağda erməni separatizminə rəhbərlik etmiş şəxslərin həbsinin detalları ictimaiyyət üçün maraqlıdır və bəlkə də bu tarixi əməliyyatın üzərindən məxfi qrif uzun müddət götürülməyəcək, yaxud təfərrüatlar tam açıqlanmayacaq.

Lakin antiterror tədbirlərindən sonra bu separatçılar haqqında yayılan məlumatların analizi üzərindən Araik Arutyuntyan, Bako Saakyan və Arkadi Qukasyanın qandallanaraq, Bakıya gətirilməsi əməliyyatına dair müəyyən fikirlər də irəli sürmək mümkündür.

Ruben Vardanyanın Laçın postunda həbs edilməsi bütün separatizmə rəhbərlik etmiş şəxslər üçün siqnal oldu. Məlumatlar onların dərhal iki istiqamətdə addım atdığını deməyə əsas verir: gizləndilər və sülhməramlılar vasitəsilə Bakıdan bağışlanmaları, Ermənistana keçmələrinə şəraitin yaradılması xahişini etdilər;

Bununla bağlı danışıqların aparıldığı haqda məlumatlar da yayılmışdı. Lakin həbs edilmələri rəsmi Bakının heç bir danışığa getmədiyini və terrorçulara aman vermədiyini təsdiq etdi.

Bu əməliyyatda əsas diqqətçəkən məqam üç separatçının harada və necə həbs edilməsidir.

Həm Azərbaycan, həm Ermənistan mediasında Bako Saakyan və Arkadi Qukasyanın Laçın sərhəd-keçid məntəqəsində həbs edildiyi məlumatı yayılıb. Məlumatlara görə, dünən separatçıların bölgədə qalmış qondarma “polis” və “xilasedici” dəstələri Ermənistana gedib. Saakyan və Qukasyan da onları aparan maşın karvanının arxasında Laçın postundan keçmək istəyərkən, həbs ediliblər. Hərçənd, hər iki şəxsin həbs olunacaqlarını bildikləri halda Laçın postundan keçmək cəhdləri suallar yaradır. Mümkündür ki, onlar öz şanslarını yoxlamaq istəyiblər, yaxud bu separatçılar Azərbaycan kəşfiyyatının “nöqtə əməliyyatı” ilə gizləndikləri yerdə ələ keçirilib.

Araik Arutyunyanın həbsi ilə bağlı Laçın postu detalı qeyd olunmur. Məlumatda onun qandallandığı və Bakıya gətirildiyi bildirilir, amma haradan həbs edildiyi bildirilmir. Bu kontekstdə Araikin son 10 gündə Qarabağda gizləndiyinə dair yayılan məlumatlar yada düşür, hətta onun sülhməramlıların qərargahına sığına biləcəyi də ehtimallar arasında idi. Təbii ki, bütün bunlar təsdiqlənməmiş məlumat və versiyalardır. Hələ ki, daha dəqiq olan detal Araikin Laçın postunda həbs edilməməsidir. Bu məqam Araik Arutyunyanın gizləndiyi yerdə həbs edildiyi ehtimalını gücləndirir.

Azərbaycan kəşfiyyatının bölgəyə hakim olduğu sirr deyil, antiterror tədbirlərindən sonra bu nəzarət daha da gücləndi. İstisna deyil ki, Araik Arutyunyan və digər separatçılar “nöqtə əməliyyatı” nəticəsində ələ keçirilib. Və şübhəsiz ki, bu əməliyyat, ümumiyyətlə baş verənlərin görünməyən tərəfləri hələ uzun müddət müzakirə ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930