bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Pensiyalarda nə qədər artım olacaq? - Deputat AÇIQLADI

4-10-2023, 12:00 1 dəfə baxılıb





Hər ilin yanvar ayında pensiyalardakı artım əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu ilin 7 ayında orta aylıq əməkhaqqı 11,2 fazi artıb.

"Bu səbəbdən gözlənti ondan ibarətdir ki, pensiyalar 11 faiz ətrafında indeksasiya olunaraq artırılacaq. Burada bütün növ əmək pensiyalarının artırılmasında söhbət gedir. Əvvəlki illərdə təxminən 100 minə yaxın vətəndaşımızın əmək pensiyası artırılmırdı. Amma indi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq.

Artım məbləği fərqli olacaq. Artımlar faizlə hesablandığı üçün bu, pensiya məbləğindən asılı olaraq dəyişəcək. Məsələn, 1000 manat pensiya alanlarda 100 manatdan artıq artım olacaq", - deyə deputat əlavə edib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq, 435 manat təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930