bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

DSX rəisi: “Ermənistanla sərhəddə 19 yeni hərbi hissə, 140 sərhəd-döyüş məntəqəsi yaradılıb”

6-10-2023, 11:09 1 dəfə baxılıb




“Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd-mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir”.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

O vurğulayıb ki, işğaldan azad olunmuş İranla dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib:

“Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 140 sərhəd-döyüş məntəqəsi, “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Zəngilan və Füzuli beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib”.

E.Quliyev bildirib ki, DSX tərəfindən işğaldan azad edilmiş ərazilərdə 106 kilometr məsafədə yeni yollar çəkilib, 225 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 2 456 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1 530 ədəd piyada və 1 762 ədəd tank əleyhinə mina, 294 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930