bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Erməniləri Qarabağı tərk etməyə kim məcbur edib? - Əliyev Mişelə ANLATDI

8-10-2023, 09:52 0 dəfə baxılıb






"Məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar tam şəkildə beynəlxalq hüquqa uyğun olub.

Dövlətimizin başçısı əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var.

Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031