bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İran Ermənistana görə müharibə edəcək? - Erməniləri məyus edən reallıq

13-10-2023, 12:07 2 dəfə baxılıb





Tehranın “qırmızı xət”lərlə bağlı bəyanatları mümkün hərbi əməliyyatlarda İranın Ermnistan üçün zəmanəti sayılmamalıdır.

Publika.az xəbər verir ki, bu barədə Nikol Paşinyanın keçmiş müşaviri Arsen Qasparyan deyib.

Onun sözlərinə görə, İran Qafanda konsulluq açmaqla ciddi addım atıb: “Lakin bu o demək deyil ki, Türkiyə və Azərbaycana qarşı hansısa hərbi müdaxiləyə gedəcək. İranın “qırmızı xətlər”lə bağlı səsləndirdiyi bütün bəyanatlar sadəcə sözdən ibarətdir. Düşünmürəm ki, İran Ermənistana görə Türkiyə ilə müharibəyə getsin. Onun mövqeyi bəyanatlarla məhdudlaşacaq”.

A.Qasparyan əlavə edib ki, Tehranın NATO-nun ikinci böyük ordusu (Türkiyə-red) ilə müharibəyə başlaması mümkün deyil.

“Bakı və Ankara Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi variantını irəli sürsələr də, əsas planları dəyişməyib. Onlar 10 noyabr razılaşmasına uyğun olaraq Zəngəzur dəhlizinin açılmasını istəyirlər”, - Qasparyan iddia edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930