bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İranın Ankaradakı səfiri: “Tehran Qafqaz bölgəsində Ərdoğanın təklif etdiyi təşəbbüsü qətiyyətlə dəstəkləyir”

24-11-2021, 10:52 42 dəfə baxılıb

İranın Ankaradakı səfiri: “Tehran Qafqaz bölgəsində Ərdoğanın təklif etdiyi təşəbbüsü qətiyyətlə dəstəkləyir”



İranın Ankaradakı səfiri “Anadolu” agentliyinə açıqlamasında ölkəsinin Türkiyə prezidentinin Cənubi Qafqazda 3+3 mexanizminin yaradılması təklifini dəstəklədiyini bildirib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Məhəmməd Fərazmənd Rəsmi Tehranın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin noyabrında Cənubi Qafqazda bölgənin üç ölkəsi- Azərbaycan, Ermənistan və Gürcüstan, habelə Türkiyə, İran və Rusiyanın iştirakı ilə 3+3 formatında regional əməkdaşlıq mexanizminin yaradılması təklifini dəstəklədiyini vurğulayıb.

Onun sözlərinə görə, İran İslam Respublikası bu ideyanı müsbət qarşılayıb və xarici işlər nazirləri səviyyəsində sözügedən ideyanı həyata keçirmək üçün də ilk diplomatik addımı atıb.

“3+3 formatı təşəbbüsü İran İslam Respublikasının xarici siyasətdə izlədiyi əsas prinsiplərə, məhz regionun tərəfdaş ölkələri tərəfindən regional problemlərin həlli, gərginlik sahələrinin minimuma endirilməsi, əməkdaşlığın inkişafı və region ölkələrinin istedad və imkanlarının vasitəsilə güclü region yaratmaq məqsədinə uyğundur”, - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031