bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Keçmiş məcburi köçkün: “Bizi nəinki Laçınımıza, keçmişimizə qovuşdurdular”

16-10-2023, 09:10 2 dəfə baxılıb




“Bu günü bizə yaşadan hər kəsə borcluyuq, onlar bizi nəinki Laçınımıza, keçmişimizə qovuşdurdular”.

Bunu Oxu.Az saytına açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Şəlalə Abbasova deyib.

O qeyd edib ki, bu gün onun və ailəsinin sevincinin həddi-hüdudu yoxdur:

“Bu gün mən də, ailəm də çox sevincliyik. 20-30 yaşlarımızda tərk etdiyimiz yurdumuza övladlarımızla, nəvələrimizlə qayıdırıq. Bu günlər mənə hələ də yuxu kimi gəlir, gözlərimə, yaşadıqlarıma inana bilmirəm. Prezidentimizə öz təşəkkürümüzü bildiririk. Onun möhkəm iradəsi, igid oğullarımızın qəhrəmanlığı sayəsində bu günləri görmək bizə nəsib oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də cansağlığı versin. Siz jurnalistlərə də öz təşəkkürümüzü bildiririk ki, bu xoş günümüzə şərik olursunuz".

Xatırladaq ki, bu gün yola salınan keçmiş məcburi köçkünlər də daxil olmaqla Laçın şəhərinə 272 ailə (1052 nəfər), Zabux kəndinə isə 21 ailə (94 nəfər) köçürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031