bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

QAİ Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına münasibət bildirib

23-10-2023, 08:33 3 dəfə baxılıb



Qərbi Azərbaycan İcması Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına münasibət bildirib.

Bu barədə Heftelik.az-a İcmadan xəbər verilib.

Qeyd edilib ki, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan yenə də bir sıra azərbaycanofob və gülünc açıqlamalar verib:

"Hiss olunur ki, A.Tatoyan və onun təfəkkürdə olanlar Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə qarşı heç bir zorakılığın, mənfi rəftarın olmamasından yaman pəjmürdə olublar. Onlar heç cür özlərinin yalançı "soyqırımı", "etnik təmizləmə" iddialarını sübut edə bilmir, hiddətlənir və bir-birinin ardınca mənasız fikirlər səsləndirirlər.

A.Tatoyan və onun kimi daşnak düşüncəli şəxslərin Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edən fikirləri də tamamilə əsassızdır. Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. İcmanın işi sırf insan hüquqları və humanitar mahiyyətli olmaqla, qərbi azərbaycanlıların dinc şəkildə öz dədə-baba yurdlarına qayıtmasından və Azərbaycan xalqının Ermənistandakı tarixi və mədəni irsinin məhv edilməsinin qarşısını almaqdan ibarətdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930