bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İrəvanla separatçıların 800 milyonluq davası - Qarabağda pullar necə “yuyulurmuş?”

24-10-2023, 13:28 1 dəfə baxılıb




Qarabağdan İrəvana qaçan separatçılarla Ermənistan hakimiyyəti arasında 800 milyon dollarlıq qarşıdurma yaşanır.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, işğal dövründə qondarma “artsax” adından istiqrazlar buraxılıb.

“Hraparak” nəşri yazır ki, separatçılara təkcə Ermənistan hökuməti maliyyə ayırmırdı, həm də bu istiqrazlar vasitəsilə pul qazanırdılar.

“Bu, əsasən Serj Sarkisyanın dövründə olub. Sarkisyan Ermənistanda bankları bu istiqrazları almağa məcbur edib və bu yolla Qarabağa pullar göndərilib. Qarabağda rejim ləğv edildikdən sonra vaxtilə bu istiqrazları alan banklar Ermənistan hakimiyyətindən kompensasiya tələb edirlər. Söhbət təxminən 340 milyard dramdan, yəni 800 milyon dollardan gedir”, - nəşr yazır.

Məlumata görə, ötən həftə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və hakim partiyanın bəzi deputatları Mərkəzi Bankın sədri ilə qapalı görüş keçirib.

“Onlar pulların qaytarılmasının mümkünlüyünü izah ediblər. Hakimiyyətin fikrincə, Serj Sarkisyan bu yolla pul qazanıb və indiki hakimiyyət bunu ödəmək məcburiyyətində deyil”, - nəşr qeyd edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930