bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyəli nazir: “Azərbaycan Zəngəzur dəhlizi istiqamətində işləri sürətlə davam etdirir”

28-10-2023, 09:22 3 dəfə baxılıb




Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər sürətlə davam edir.

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Şərq-qərb istiqamətində kommersiya potensialını artırmaq üçün Zəngəzur dəhlizini həyata keçirməyə çalışırıq. Azərbaycan tərəfindən bu istiqamətdə işlər sürətlə davam edir. Naxçıvan Muxtar Respublikası istiqamətində də işlər görülür. Biz də Dilucu, İğdır və Qars arasında da bu ilin sonunda və ya gələn ilin əvvəlində bu istiqamətdə işə başlamağı düşünürük”, - Abdulkadir Uraloğlu vurğulayıb.

Nazir qeyd edib ki, dəhliz ta Ermənistandan, ya da İrandan keçməklə reallaşacaq. Türkiyə bu alternativləri nəzərdən keçirir.

Abdulkadir Uraloğlu daha əvvəl bildirib ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacağına inanır.

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin sözlərinə görə, bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi bütün Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930