bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İcma: “Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid edən açıqlamaları qəbuledilməzdir”

28-10-2023, 09:23 5 dəfə baxılıb




Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın Qarabağ bölgəsinə UNESCO missiyasının göndərilməsinin vacibliyi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

İcmanın yaydığı məlumatda bildirilib ki, sülhdən, sülh müqaviləsindən ağız dolusu danışan Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid edən, onun daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilən belə açıqlamaları tamamilə qəbuledilməzdir.

“Qərbi Azərbaycan İcması hesab edir ki, A.Mirzoyan başda olmaqla erməni diplomatiyasının UNESCO ilə bağlı ilk işi Azərbaycan xalqının mədəni irsinin monitorinqi məqsədilə bu təşkilatın faktların araşdırılması missiyasının Ermənistana səfərinə imkan yaratmaq olmalıdır”, - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031