İkinci Qarabağ müharibəsinin birinci ildönümü: ötən müddət ərzində nə dəyişib?
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından üç il ötür. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis edib.
Təxminən üç il əvvəl noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə müəyyən öhdəliklərin əks olunduğu atəşkəs sazişini imzalayarkən Kəlbəcər, Laçın və Ağdamın qansız-qadasız geri qaytarılması, bölgəyə bu razılıq nəticəsində rus sülhməramlılarının gəlməsi, atəşkəsə nəzarət edəcək Rus-Türk Mərkəzinin qurulması iki ölkə arasında nəhayət ki, savaşa son veriləcəyi və sülh sazişinin imzalanacağı ümidlərini cücərtdi.
Amma keçən bir il ərzində nəinki sülh sazişi imzalana bilib, 10 noyabr bəyanatında nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması da baş verməyib, əksinə, tərəflər arasındakı münaqişə sərhəddə mütəmadi müşahidə edilən gərginliyə çevrilib.
Bəzi təhlilçilərə görə, hələlik nəzərdə tutulan bu gözləntilərin heç biri reallaşmasa da, 44 günlük müharibədən sonra regionda qüvvələr nisbəti və status-kvo dəyişib, yeni əməkdaşlıq perspektivləri yaranıb. Bəzi şərhçilər isə hesab edirlər ki, əksinə, İkinci Qarabağ müharibəsi Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə gətirib çıxardıb.
Balaşov Qulaməli Qurbanəli oğlu
ADPU-nun “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası”
kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
“Qabaqcıl təhsil işçisi”, YAP-ın üzvü