bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu qış soyuq keçəcək? - Açıqlama

25-11-2023, 09:28 2 dəfə baxılıb





Azərbaycanda əsasən yanvar-fevral aylarında qışın soyuq keçməsini gözləyirik. Gələn il sözügedən aylarda yağıntıların bol olacağını, dağlıq və dağətəyi rayonlarda sulu qar və qarın yağacağını istisna etmirik.

Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda izləyicilərin suallarını cavablandırarkən bildirib.

Qlobal iqlim dəyişikliklərindən danışan mütəxəssis bildirib ki, qlobal istiləşmə qış mövsümünün nisbətən mülayim keçməsinə təsirini göstərib.

O bildirib ki, dünya regional iqlim mərkəzləri tərəfindən verilən məlumatlarda gələn ilin yanvar-fevral aylarında havanın orta temperaturunun 1-2 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Ancaq praktikada bir neçə ay öncədən verilən proqnozların özünü doğrultma faizi çox da yüksək olmur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930