Ermənilər Qüdsdə bu ərazini zəbt etdilər: Qədim erməni torpağıdır
Yerusəlim erməniləri Qüdsdə zəbt etdikləri ərazini tərk etmək istəmir və müqavimət göstərirlər.
Publika.az xəbər verir ki, bu barədə dzen.ru məlumat yayıb. Bildirilir ki, ermənilər “Xana Gardens” şirkətinin ərazisini zəbt ediblər. Şirkət bura dəfələrlə söküntü texnikası göndərib, amma ermənilərin müqaviməti ilə üzləşib.
Ermənilər iddia edirlər ki, bura onların qədim babalarının yurdudur.
Baxmayaraq ki, onlar burada 1969-cu ildən bəri yaşadıqlarını da etiraf edirlər.
Onlardan biri, Nalbandyan bildirib ki, arvadının əcdadları 8-9-cu əsrlərdə Qüdsdə yaşayıblar: "Biz getməyəcəyik". Başqa bir erməni bildirib ki, burada uzun müddətdir yaşayır və bütün qonşuları tanıyır.
“Biz bütün qonşularımızı tanıyırıq. Bir gecə süd olmasa, qonşunun qapısını döyürəm. Çörəyim yoxdursa, dostuma zəng vururam”, - 26 yaşlı Setraq Balayan deyir.
Bildirilir ki, yerli erməni icmasının əhalisi bir əsr ərzində xeyli azalaraq 27 mindən 1000 nəfərə enib.