Ermənistan bəyan etdi: “Marqara” hazırdır, Türkiyədən siqnal gözləyirik
Ermənistan-Türkiyə sərhədindəki “Marqara” buraxılış məntəqəsi istismara hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı hakimiyyətdəki mənbədən məlumat alıb.
“Marqara” sərhəd-keçid məntəqəsi istismara hazırdır və Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı Türkiyə tərəfdən daha müsbət siqnallar alacağını gözləyir”, - məlumatda deyilir.
Noyabrın ortalarında Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan bildirmişdi ki, yeni keçid məntəqəsinin tikintisi başa çatmaq üzrədir.