Ruslar müzakirə aparır, ermənilər... - Laçın postunda son vəziyyət
Laçın yolunda sərhəd-keçid məntəqəsi ətrafında proseslər davam edir. Ermənilər müzakirələrin getdiyini, lakin heç bir nəticənin olmadığını və olmayacağını yazırlar.
Publika.az xəbər verir ki, Rusiya sülhəramlılarının yeni komandanı Aleksandr Lentsovun hazırda Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı deyilir.
“Hraparak” nəşri yazır ki, danışıqlarda nə Ermənistan tərəfi, nə də Qarabağdakı ermənilər iştirak etmir.
“Əldə etdiyimiz məlumata görə, Rusiya tərəfindən Lentsov da daxil olmaqla üç nəfər, Azərbaycan tərəfdən isə 2 nümayəndə danışıqlarda iştirak edir. Bəzi məlumatlara görə, Lentsov müvəqqəti gəlib, əgər danışıqlar uğurlu olarsa, yenidən Rusiyaya qayıdacaq. Rusiya tərəfi sərhəd-keçid məntəqəsinin ləğv edilməsini, yalnız rengten skaner cihazlarının quraşdırılmasını istəyir. Lakin Azərbaycan tərəfi bunu qəbul etmir”, - nəşr yazır.
Erməni mənbələr bütün bu danışıqların, Rusiyanın verdiyi açıqlamaların heç bir mənasının olmadığını yazırlar.
“Orada Azərbaycan bayrağı qaldırılıb, “Diqqət, Azərbaycan ərazisinə daxil olursunuz” posteri asılıb. Əslində hər şey Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyasının faktiki olaraq aparılmasından ibarətdir. Bakı Həkəri çayı üzərində keçid məntəqəsini sürətlə inşa etdi. Qarabağda ermənilər Azərbaycan bayrağının asıldığı, Azərbaycan hərbçilərinin dayandığı postdan keçmək istəməsələr belə, buna məcbur olacaqlar”, - “Hayeli” yazır