İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyinin reallığıdır
“Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik”,- deyən Prezident İlham Əliyev onu da bildirir ki, demokratik cəmiyyətlərdə hakimiyyətin mənbəyi xalqdır. Bu mənada, demokratik seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların əsas iştirak formasıdır. Bəli, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı siyasi qüvvəyə etibar edir. Bu gün təqdirəlayiq haldır ki, respublikamızda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Bu ənənənin əsasının qoyulmasının tarixi 18 il əvvələ gedib çıxır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoymuşdur.1993-cü ilin iyun ayından etibarən ölkəmizdə 6 prezident, 7 parlament, 6 bələdiyyə seçkisi, o cümlədən 4 referendum keçirilmişdir. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunmuşdur. Bütün bu seçki və referendumlara dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti daha da yüksəlmişdir. Əlbəttə, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Çünki ölkəmizdə keçirilmiş hər bir seçki əvvəlkinə nisbətən beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində irəliyə doğru atılmış addım kimi qiymətləndirilir. Bunu nüfuzlu beynəlxalq təşkilatların seçkilərə dair verdikləri rəylərin müqayisəli təhlili də göstərir.
Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 18 ildə 2 milyondan çox yeni iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir.
Ən əsası isə, 30 il həsrətində olduğumuz Qarabağımızın azadlığına qovuşmasıdır. Qarabağ Azərbaycandır!- reallığı, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha gördü. Bir sözlə, bundan sonrayı illərdə də müstəqil Azərbaycan dövləti Müzəffər Prezident və Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edəcək, Azərbaycanın hər sabahı daha parlaq və uğurlu olacaq.
Balaşov Qulaməli Qurbanəli oğlu
ADPU-nun “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası”
kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
“Qabaqcıl təhsil işçisi”, YAP-ın üzvü