bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əhaliyə üzücü xəbər - Bu evlərə çıxarış VERİLMƏYƏCƏK - VİDEO

19-12-2023, 09:41 1 dəfə baxılıb



Sosial şəbəkələrdə Bakıda daşınmaz əmlak ticarəti ilə məşğul olanların reklam etdikləri fərdi yaşayış evlərinin çoxunu məhz belə adlandırmaq olar. Ekspertlər deyirlər ki, daha çox makler evləri kimi tanınan bu evlərin sənədləşdirilməsi mümkün olmayacaq, çünki belə evlər ərazinin tikinti sıxlığı əmsalı qaydalarına zidd inşa edilir. Bir çox hallarda vətəndaşlar da çox kiçik sahədə evləri inşa edirlər.

Publika.az xəbər verir ki, bu barədə ATV-yə danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşlar kiçik torpaq sahəsi alıb, onun üzərində fərdi yaşayış evləri inşa edirlər və sonra onun sənədləşmə prosesində problem yaşanır. O problemlər onunla bağlı olur ki, qonşu evlərlə məsafə saxlanılmır və həyətyanı sahəsi olmur.

Ekspert deyir ki, tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiqlənib. Qaydalara görə, tikintinin həcmi və ölçülərinə müəyyən məhdudiyyət qoyulur.

Qaydalara əməl etməyən şəxslər sənədləşmədə də çətinlik çəkəcəklər: torpaq sahəsini alsalar da, çıxarış əldə edə bilməyəcəklər. Qaydalara görə, torpaq sahəsinin 40 faizi qədər tikinti altı sahəyə icazə verilir. Tikintinin ümumi sahəsi isə torpağın 60 faizindən çox ola bilməz. Məsələn 2 sot, və ya 200 kv.m torpaqda neçə kv.m ev tikmək olar?

“200 kv.m torpaq sahəsində 80 kvadratdan artıq tikinti altı sahə götürə bilmərik. Ümümi sahəsi isə, 200 kv.m torpaq sahəsinin 60 faizi 120 kv.m edir. 2 mərtəbə tikə bilərik və onun mərtəbələrinin də ümumi sahəsi 60 kvadratdan artıq olmamalıdır”, – deyə Nüsrət İbrahimov qaydaları izah edib.

Ekspert onu da qeyd edir ki, kiçik torpaqda tikilən həyət evlərini sığortalamaq da imkansızdır, çünki sığorta şirkətləri tikinti normalarına cavab verməyən evləri sığortalamır. Buna səbəb isə tikinti zamanı qonşu evlərlə ara məsafəsinin saxlanılmamasıdır. Onun sözlərinə görə, əgər bir evdə yanğın baş verərsə, digər evlərə də keçə bilər. Bu baxımdan belə evləri sığortalamaq şirkətlər sərfəli deyil.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930