Dünya bunu müzakirə edir: Türkiyə ilə Yunanıstan, Azərbaycanla Ermənistan...
Hudson İnstitutunun baş elmi işçisi Luke Coffey “Müsbət danışıqlar regional mübahisələrdə qaranlığa işıq salır” sərlövhəli təhlil məqaləsində Egeydə Türkiyə ilə Yunanıstan və Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yaxınlaşmanı nəzərdən keçirir.
"Rusiyanın Ukraynaya qarşı müharibəsində heç bir geriləmə əlamətinin olmaması və İsrailin Qəzzaya hücumunun gündən-günə güclənməsi ilə dünyanın bəzi köhnə mübahisələri və münaqişələrinə daha az diqqət yetirilir", - deyə Koffi bildirib.
Onun fikrincə, layiqli müsbət irəliləyişlər var. Egeydə Türkiyə ilə Yunanıstan, Cənubi Qafqazda isə Azərbaycan və Ermənistan arasında yeni yaxınlaşma dövrünün başlaması mümkündür.
Prezident Ərdoğanın Afinada Yunanıstanın Baş naziri Mitsotakis ilə görüşməsinin diplomatik sıçrayışa yol açdığını vurğulayan Koffi qeyd edir ki, Türkiyə ilə Yunanıstan bir əsrdən artıqdır ki, bir çox mövzuda fikir ayrılığı içərisindədirlər. Vəziyyət az qala iki dəfə müharibəyə gətirib çıxardı. Bu, Ankara üçün xüsusilə vacib məsələdir. “Adaların statusu Türkiyənin ərazi sularının necə müəyyən ediləcəyinə birbaşa təsir edir. Şərqi Aralıq dənizində məsələ hansı ölkənin hansı bölgəyə nəzarət etdiyini müəyyən etmək hər zamankından daha vacib hala gəlib”.
Egey dənizi ilə yanaşı Cənubi Qafqazdan da çox ehtiyac duyulan xoş xəbərlərin gəlməyə başladığını bildirən Koffi xatırladır ki, Ərdoğan Yunanıstanda olarkən Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmiləri görünməmiş birgə bəyanat yayaraq münasibətlərin normallaşması ilə bağlı bu günə qədər ən güclü öhdəliyi təqdim etdilər. “Münaqişə hər iki dövlət hələ Sovet İttifaqının tərkibində olduğu 1988-ci ildə başlayıb. Keçən həftə keçirilən görüşün yekununda hər iki tərəf bildirib ki, çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var və iki ölkə birgə bəyanat yayaraq, “münasibətləri normallaşdırmaq niyyətlərini bir daha təsdiqlədilər”.
Ötən həftə İrəvanda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla mövcud nəqliyyat əlaqələrinin yenidən açılmasını dəstəklədiyini bir daha bəyan edib. Ötən həftə iki ölkə arasında əsir mübadiləsi də baş tutub. Ermənistan-Azərbaycanın normallaşması ilə bağlı son danışıqlar digər böyük dövlətlərin iştirak etməməsi ilə diqqət çəkir. Bu dəfə əsas oyunçulardan heç birinin birbaşa rolu yox idi. Normallaşma hər iki tərəfin xeyrinədir. Ermənistan təcili olaraq xarici dünya ilə tranzit əlaqəsini yaxşılaşdırmalıdır. Bundan əlavə, Azərbaycanla normallaşma çox güman ki, Ermənistanın Türkiyə ilə diplomatik münasibətləri bərpa etməsinə səbəb olacaq. “Əgər regionda əsl sülh və sabitlik əldə olunarsa, hər iki ölkə birbaşa xarici investisiya axınından faydalanacaq.
Egey dənizi və Cənubi Qafqazdan gələn xəbərlərin dünyanın əksər başlıqlarının bədbinliklə dolu olduğu bir vaxtda müsbət qarşılandığını ifadə edən Koffi yazır ki, sadəcə həftələr əvvəl bir çox insan hər iki bölgədə bir irəliləyişin mümkün olmadığını düşünərdi: “Qlobal siyasətçilər arasında qarşılıqlı əlaqə qlobal siyasətçiləri dünyanın ən həlledilməz problemlərinin bəzilərinin həllinə ümidini itirməməyə ruhlandırmalıdır".