bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Məxfi sənəd üzə çıxdı: Almaniyanın SSRİ-yə hücum edəcəyini bu tarixdə xəbər veriblər

20-12-2023, 11:08 2 dəfə baxılıb




1941-ci il iyunun 21-də axşam SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının (DQB) rəhbərliyi Leninqrad vilayətindən faşist Almaniyası ilə gözlənilən müharibə barədə xəbərdarlıq teleqramı alıb.

Publika.az xəbər verir ki, bu teleqramın surətini özündə əks etdirən arxiv sənədi ilk dəfə Prezident kitabxanası tərəfindən dərc edilib.

NKGB-nin Leninqrad vilayəti üzrə idarəsinin rəisi Pavel Kuprindən SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarı Vsevolod Merkulova (1941, 1943 - 1946) ünvanlanmış teleqramda aşağıdakı məlumatlar yer alırdı:

“Çernov” agenti xəbər verir ki, 1941-ci il iyunun 20-də səhər Alman konsulluğuna SFG şirkətindən Almaniya Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş teleqram gəldi. Bu teleqramda Leninqrada çağırılmış 8 alman mütəxəssisinin təyyarə ilə Almaniyaya göndərilməsi təklif edilirdi ki, onlar iyunun 22-də səhərə qədər sərhədi keçsinlər, əks halda çox gec olardı”.

Teleqramda həmçinin deyilir ki, “Çernov” konsulluğun kansleri Buxholz və Almaniyadan çağırılmış konsul Dienstmannla söhbət zamanı məlum olub ki, vəziyyət çox gərgindir və yaxın 2-4 gün ərzində hərbi əməliyyatlar gözlənilir.

Teleqramda həmçinin göstərilir ki, Buxholz bu məlumatı Moskvada görüşdüyü Almaniyanın SSRİ-dəki səfiri Verner fon Şulenburqdan alıb. Kuprin bu hadisədən sonra Leninqradda olan alman mütəxəssislərinin siyahılarını Merkulova təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930