Bakı və Ankaranın planı: İrəvan təslim olur - Ermənistanda TƏŞVİŞ
“Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin beş gün əvvəl verdiyi bəyanatlara cavab verməyib. Bu o deməkdir ki, bütün tələblər yerinə yetirilməyənə qədər Ermənistanla sülh sazişi imzalanmayacaq. Bu, sülh müqaviləsi adlanacaq qeyd-şərtsiz kapitulyasiya aktı idi. 10 noyabr 2020-ci ildə imzalanan sənəd kapitulyasiya olsa da, (qondarma) “artsax”ın təslim olması istisna edilirdi. İndi isə Azərbaycan və Türkiyə Ermənistandan onların lehinə təslim olmağı tələb edir”.
Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Avetis Babacanyan yazıb.
Erməni şərhçi dekabrın 14-də Azərbaycan və Türkiy xarici işlər nazirlərinin Bakıda keçirilən mətbuat konfransında Ceyhun Bayramovun İrəvanın “güzgü prinsipinə” uyğun olaraq, qoşunların geri çəkilməsi iddiasına cavabını xatırladıb.
C.Bayramov bildirmişdi ki, “güzgü prinsipi” Bakı üçün qəbuledilməzdir və Azərbaycan əsrəgi öz ərazisində sərhədləri qoruyur.
A.Babacanyan qeyd edir ki, bu, Azərbaycan-Ermənistan sərhədinin haradan keçəcəyinə Bakının qərar verməsi deməkdir.
“Azərbaycan Ermənistandan anklavları da tələb edəcək. Qeyd-şərtsiz təslim olmaq belə olur. Qalib tərəf məğlub tərəfin sərhədlərini müəyyən edir. Qayda belədir. Misal üçün, Bakı Ermənistandan maneəsiz, gömrük və ya digər nəzarət olmadan Naxçıvana getmək istəyir. Bütün bu prosesdə Türkiyə sona qədər Azərbaycanı müdafiə edir. Hakan Fidan mətbuat konfransında bildirdi ki, “Türkiyə-Ermənistan srhədinin açılmasını Azərbaycanla koordinasiya edir”. Bir sözlə sülh gündəmini Türkiyə və Azərbaycan diktə edir”, - Babacanya bildirib.