bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ceyhun Bayramov: “3+3 formatında ilk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar”

12-12-2021, 13:19 47 dəfə baxılıb

Ceyhun Bayramov: “3+3 formatında ilk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar”



“Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbüskarı olublar”.

Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu təşəbbüslə bağlı danışıqlar gedib:

“Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əminamanlığın bərba edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirə edib”.

O qeyd edib ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib:

“Xarici işlər nazirləri bu istiqamətdə koordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930