bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan Rusiyaya bərə daşımalarını dayandırıb

9-01-2024, 08:23 0 dəfə baxılıb




Ermənistan Gürcüstanın Poti limanından Rusiyanın Qafqaz limanına bərə daşımalarını bu marşrutun rentabelli olmaması səbəbindən dayandırıb.

Bu barədə respublikanın iqtisadiyyat naziri Vaan Kerobyan mətbuat konfransında bildirib.

"Bəli, bərə bir neçə ay işlədi. Bizim qiymətləndirməmizə görə, o, ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bu bərə daşımalarından yetərincə istifadə etmədilər ki, biz bu marşrutu davam etdirək”, - deyə o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Kerobyan bəyan etmişdi ki, yüklərin Potidən Kavkaz limanına bərə daşınması Ermənistanın dəmir yolu sistemini Avrasiya İqtisadi İttifaqı ölkələrinin infrastrukturu ilə birləşdirməyə imkan verəcək, Ermənistan iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq, həmçinin təkcə Rusiya ilə deyil, Belarus və Qazaxıstanla nəqliyyat əlaqələrini yaxşılaşdıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031