İsrail və HƏMAS ANLAŞDI: proseslər necə cərəyan edəcək?
İsrail və HƏMAS bir aylıq atəşkəsə razılaşıblar, bu müddət ərzində əsir mübadiləsi aparıla bilər.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu nəticə ABŞ, Misir və Qətərin himayəsi altında keçən ilin sonunda başlayan danışıqlarla əldə edilib. Atəşkəsin nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil.
Eyni zamanda, HƏMAS təkid edir ki, sonrakı müzakirələr yalnız tərəflər daimi atəşkəs barədə razılığa gələndə mümkün olacaq.
Bir gün əvvəl Amerikanın “Axios” nəşri mənbələrə istinadla xəbər vermişdi ki, İsrail girovların tam azad edilməsi şərti ilə HƏMAS-a iki ay müddətinə atəşkəs təklif edib. Lakin HƏMAS-a yaraşmayan tam atəşkəsdən söhbət getmir və onlar İsrailin təklifini rədd ediblər.