bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənilərin daha bir xəyanəti: Fələstin torpaqlarını satırlar

24-01-2024, 11:03 3 dəfə baxılıb




Fələstin erməniləri bu il miladı gec - yanvarın 19-da keçiriblər. Qəzza zolağında müharibə ab-havası və son vaxtlar çoxlu mübahisələrə səbəb olan daşınmaz əmlak sövdələşməsinə görə İsraildəki bu icmanın mövcudluğuna təhlükə yaranıb.

“Elaph”-ın xəbərinə görə, çoxlu sayda Qüds ermənisi Milad bayramını Erməni məhəlləsində - Köhnə Şəhər divarları arasında yerləşən böyük, həssas torpaq sahəsinin bir hissəsi olan kilsə parkında çadır düşərgəsi salaraq keçirib.

"Bu xain, qeyri-qanuni torpaq sövdələşməsi əslində bizi bura gətirdi" deyə ermənilər bildiriblər.

BBC ərəb xidməti iddia edir ki, Müqəddəs Şəhərdə miladın IV əsrindən mövcud olan bu icmanın 2000 üzvündən çoxu Müqəddəs Yaqub monastırının daş döşənmiş böyük kompleksində yaşayır. Qüds erməniləri siyasi fikir ayrılıqları və ailə münaqişələri ucbatından ciddi parçalanmalara məruz qalıb, ərazidə biznes və daşınmaz əmlak sahibi olan kilsə rəhbərləri arasında da fikir ayrılıqları var. Buradakı etirazçılar podratçıların buldozerlərlə, silahlı mühacirlər və maskalı “quldurlar”la başlatdıqları hücumları birlikdə dəf edə bildiklərini söyləyirlər.

Söhbət hansı sövdələşmədən gedir?

Erməni patriarxı Barrett Yartsian ilə avstraliyalı-israilli yəhudi sahibkara məxsus inşaat şirkəti arasında 2021-ci ildə gizli imzalanan müqavilə ilə bağlı faktlar keçən ilin aprelində ortaya çıxıb. Bu müqavilə çərçivəsində bir müddət əvvəl yaradılmış “Zana Gardens” şirkəti "Cowes Garden" kimi tanınan ərazidəki lüks otelin idarə edilməsi və yeni obyektlərin tikintisi üçün 98 illik icarə hüququ əldə etmişdi....

Artan etirazlar fonunda İordaniya hökuməti və Fələstin Muxtariyyəti sövdələşməni imzalamış keşişin patriarx səlahiyyətlərinə xitam verib. Barrett Yartsian, keçən il Cənubi Kaliforniyaya köçməzdən qabaq İsrail polisinin köməyi ilə Müqəddəs Yaqub monastırını tərk edərkən “satqın” şüarları səsləndirən qəzəbli erməni gənclərin izdihamı ilə əhatə olunmuşdu. .

Sövdələşməyə şəhərin cənub-qərb guşəsinin divarlarına bitişik 11.500 kvadratmetrlik torpaq sahəsi, həmçinin avtomobil dayanacağı, bəzi kilsə binaları və beş erməni ailəsinin evləri daxildir. Bu, Yerusəlimdəki erməni məhəlləsinin təxminən 25 faizini əhatə edir.

Razılaşmaya daxil olan torpaqlar Sion (Sehyun) dağında yerləşir və böyük dini əhəmiyyətə malik olmaqla yanaşı, maliyyə dəyərinə də malikdir, lakin inşaatçı hər il yalnız 300.000 dollar icarə haqqı ödəyəcək. Sıravi ermənilər aldandıqlarını düşünürlər. Çünki bu qiymət Köhnə Şəhərdə iki dükanın icarəsinə zorla çatar. Bu arada erməni hüquqşünaslardan ibarət beynəlxalq qrup işi araşdırmaq və lazımi hüquqi məsləhətlər vermək üçün gəlib.

İsrail buldozerləri söküntü işlərinə başlamaq üçün mübahisəli əraziyə gələndə ermənilər onları dayandırmağa tələsiblər. İddia olunur ki, onlar inşaatçıları silahla da təhdid ediblər.

Ermənilər və onların Qüdsdəki kilsə ruhaniləri daşınmaz əmlakla bağlı razılaşmaya etiraz etmək üçün kilsənin dayanacağında zəif təchiz olunmuş çadırda düşərgə salıblar. Etiraz çadırı qurulduqdan sonra əraziyə basqın etmək üçün digər cəhdlər də qeydə alınıb.

İsrail 1967-ci il müharibəsində İordaniyadan Köhnə Şəhəri və onun müqəddəs yerlərini aldıqdan sonra, İsrail daxilində və xaricində yəhudi sərmayəçilər işğal altındakı Şərqi Qüds üzərində İsrailin əsarətini gücləndirmək üçün mülk satın almağa çalışırlar. Fələstinlilər şəhərin bu hissəsinin gələcək dövlətlərinin paytaxtı olmasını istəyirlər, İsrail yəhudiləri isə bütün şəhəri özlərinin əbədi paytaxtları kimi görür, heç kimlə bölüşmək istəmirlər.

Bu zaman ermənilərin oynadığı rol iyrəncdir. Əvvələn, iddiaların əksinə olaraq Qüdsdə erməni varlığı miladın 4-cü əsrinə dayanmır, Osmanlı hakimiyyətinin son əsrlərinin yaratdığı fəsaddır. İkincisi, İsrailin Şərqi Qüds üzərində iddialarına kömək edəcək sövdələşməyə gedildiyi aşkardır. Belə sövdələşmədən sonra yenidən hay-küy salınması ərəb düşərgəsində də hörmətini saxlamaq, mümkün olsa öz dərisinin qiymətini artırmaq cəhdindən başqa bir şey deyil.

Üçüncüsü, bu faktdan ermənilərin ərəb ictimai rəyində mövqelərinin laxladılması üçün istifadə zəruridir. Sirr deyil ki, xüsusən Fələstin, Livan, İraq, İordaniya, Misir və Suriyanın xristian icmalarının simpatiyası ermənilərin tərəfindədir. Bu faktın mümkün qədər ictimailəşdirilməsi Qüds uğrunda mübarizəni öz dini-tarixi və etnik kimliklərinin mühüm bir elementi hesab edən xristian ərəblərin nəzərində ermənilərin mövqelərini xeyli aşındırmış olardı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930