İmtahan ödənişlərində dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA
“İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.
“Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq”, - sədr qeyd edib.
DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib:
“Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq”.