Suveren Respublikamızın ən layiqli lideri yalnız İlham Əliyevdir
Qədirbilən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Heydər Əliyevin siyasi kursunu layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.
Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.
Möhtəşəm 20 ildə bütün istiqamətlər üzrə xalqımıza böyük uğurlar qazandıran, ölkəmizi hərtərəfli surətdə inkişaf etdirən Prezident İlham Əliyev özünü, ərazi bütövlüyü və suverenliyi tam təsdiq olunmuş müstəqil Azərbaycanın qüdrətli lideri kimi təsdiq etdi.
Bundan sonrakı dövrdə Azərbaycan Respublikasının çoxcəhətli inkişafının təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün etibarlı şəkildə qorunması və dövlət suverenliyimizin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə meydana çıxacaq problemlərin milli mənafelərimizə uyğun surətdə həll edilməsi üçün əsl dövlət başçısından tələb olunan bütün keyfiyyətlər və xüsusiyyətlərin hamısı ən yüksək səviyyədə İlham Əliyevin simasında cəmlənmişdir.
Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi.
Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi.
Azərbaycan Respublikası hazırda yeni inkişaf mərhələsinə daxil olmuşdur. Zamanın meydana çıxardığı bu müasir inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar növbədənkənar Prezident seçkilərini şərtləndirən ən mühüm səbəbdir. Çünki yeni mərhələnin strategiya və taktikasının müəyyən edilməsi, bu dövrün siaysi-ideoloji, hərbi-iqtisadi, elmi-mədəni istiqamətlər üzrə məsuliyyətli vəzifələrinin məqsədyönlü şəkildə həyata keçirilməsi zərurəti artıq zamanın tələbinə çevrilmişdir.
Bu gün dünya miqyasında da İlham Əliyev kimi hərtərəfli yüksək siyasi-mənəvi keyfiyyətlərə, geniş intellektual imkanlara, böyük nüfuza malik olan və xalqının sarsılmaz etimadını qazanmış liderlər göstərmək çətindir. Azərbaycan xalqı, sadə zəhmət adamlarından tutmuş ziyalılarımıza qədər xalqımızın bütün təbəqələri üçün Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi tam məntiqi və qanunauyğun bir hal kimi yüksək səviyyədə qəbul edilir. Çünki dünyanın hazırkı çətin və mürəkkəb hərbi-geosiyasi şəraitində və ölkəmizin inkişafı naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz və xalqımız üçün İlham Əliyev ən layiqli lider və tam düzgün seçimdir.
Azərbaycan xalqı, o cümlədən ölkəmizin su təsərrüfatı işçşiləri birmənalı olaraq inanırlar ki, Azərbaycan Respublikasının qarşıdakı böyük qlobal və mühüm regional problemlərinin həllində ölkəmizin Lideri İlham Əliyev faktoru əsas və həlledici əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətləri, dövlət başçısı kimi möhkəm siyasi iradəsi, zəngin təcrübəsi, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, doğma xalqından aldığı sarsılmaz etimad onu dünya liderlərinin ön sırasına çıxarmışdır. Müstəqil Azərbaycan Respublikasının bundan sonrakı yeni tarixi mərhələsinin qarşıya çıxaracağı bütün problemlərin həll edilməsində və ölkəmizin inkişafından İlham Əliyev əvəzsiz imkanlara malikdir.
XXI-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir.
Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.
Hazırda Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. Dövlətimizin başçısı böyük səylə bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır və mübarizə aparır.
Bu mübarizənin Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyi danılmazdır. Artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyi kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əskəranın da simasını dəyişəcəyi gün çox uzaqda deyil.
Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaqdır.
Saleh Sadıqov
Dövlət Su Ehtiyatları Agentliyi Ü.Hacıbəyov 84,
YAP ərazi təşkilatının sədri,
əməkdar mühəndis