İrəvandan Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlığa reaksiya: Bildiririk ki...
Ermənistan Xarici İşlər Nazirliyi Serbiya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığa münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”ın “Ermənistan rəsmiləri əvvəllər mövcud olan yaxşı münasibətləri nəzərə alaraq, serb həmkarları ilə bu məsələni müzakirə ediblərmi?” sualına cavab olaraq açıqlama yayıb.
"Serbiya ilə daim fəal qarşılıqlı əlaqə mövcuddur. Eyni zamanda bildiririk ki, gündəlikdəki bütün məsələlər zərurət əsasında müzakirə olunur", - deyə məlumatda bildirilir.
Onu da qeyd edirik ki, fevralın 1-də Azərbaycan və Serbiyanın Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalandığı məlum olub.