Vuçiç: “Serbiya heç vaxt NATO-ya üzv olmayacaq”
“Serbiya xalqı NATO üzvlüyünə qarşı çıxır”.
Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Serbiya xalqı heç vaxt NATO-ya qoşulmayacaq. Xalq öz hərbi neytrallığını, ordusunu sevir. Serbiya xalqı istəyir ki, səmasını öz ordusu qorusun, güclü ordusu olsun, heç kim, bir saniyə belə ölkəmizin suverenliyini təhdid edə bilməsin”, - deyə A.Vuçiç bildirib.
Mənbə: RİA Novosti