bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

EPF-dən Göyçə gölü ilə bağlı Paşinyana çağırış

3-02-2024, 11:57 17 dəfə baxılıb




Ekoloji normalar gözlənilmədən Amuldağ yatağındakı amansız istismarın şirin su ehtiyatlarını zəhərləməsi ilə bağlı Ermənistan və Azərbaycan QHT-lərinin və ekofəalların etiraz bəyanatlarına Ermənistanın baş naziri Nikol Paşinyandan cavab gəlib.

“Report” xəbər verir ki, N.Paşinyan hökumət iclasında etiraf edib ki, tullantı suları təmizlənmədən Göyçə gölünə axıdılır.

O, uzun illərdir müzakirələr aparılmasına baxmayaraq, məsələnin birdəfəlik həllinin tapılmadığını, Ermənistanın buna imkan və resurslarının olmadığını etiraf edib. Hökumət başçısı bildirib ki, suyun təmizlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlar cəlb edilsələr də, Göyçə gölü bir müddət sonra yenə çirkləndirilir.

“Environmental Protection First” Koalisiyası yaydığı açıqlamada N.Paşinyana səslənib:

“Göyçə gölünün təmizlənməsi üçün beynəlxalq şirkətlərə pul xərcləməkdənsə, Ermənistanın baş naziri öncə gölün ətrafında xarici ölkələrin investorlarına həvalə etdiyi mədən sənayesi müəssisələrinin qeyri-şəffaf fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın həcminə nəzər yetirsin. Bununla da o, illərdir həllini tapa bilmədiyi “suyun təmizlənməsi problemi”ni çözəcək”.

Xatırladaq ki, son vaxtlar ekoloji yönümlü QHT-lər, ekofəallar həyəcan təbili çalırlar ki, Amuldağ yatağındakı qanunsuz istismar əraziyə yaxın yerləşən Göyçə gölünün ekosisteminə mənfi təsir göstərir, ağır metal tərkibli tullantılar Ermənistanın ən böyük şirin su gölünə axıdılır, gölün canlı aləmi məhv olur, bu sudan istifadə edən insanların sağlamlığı isə təhlükə altındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930