Gürcüstandakı səfirliyimizdə MnSK yaradıldı
7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən bildirilib.
Qeyd edilib ki, məntəqə Tiflis şəhəri, Vaxtanq Qorqasali küçəsi 4-də yerləşir.
"18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:
Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.
Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.
7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezidenti seçkiləri Tiflis vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək", - səfirlikdən bildirilib.