bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan NATO-ya daxil olur? - Paşinyan əsl məqsədini açıqladı

12-02-2024, 11:24 0 dəfə baxılıb




Ermənistanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

O, Ermənistanın Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini və mövcud razılaşmalardan imtina etməyi planlaşdırmadığını vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü statusunu qoruyub saxlayır, eyni zamanda NATO ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirir ki, bu da alyansa daxil olmağı nəzərdə tutmur.

“Keçmişdə bizim NATO ilə fərdi fəaliyyət planımız var idi, indi o, əməkdaşlıq proqramına çevrilib”, - o qeyd edib.

Baş nazir Ermənistanın Avropa İttifaqı, Fransa, ABŞ, İran, Hindistan və digər ölkələrlə qarşılıqlı əlaqədə olmaqla, təhlükəsizlik sahəsində əlaqələrini şaxələndirmək istəyinə də diqqət çəkib.

"Biz Rusiya ilə əməkdaşlıqdan imtina etməyi planlaşdırmırıq. Məqsədimiz münasibətləri şaxələndirməkdir", - Paşinyan vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031