bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

NATO Azərbaycan ilə Ermənistan arasında birgə bəyannamə barədə nikbindir

26-12-2023, 08:36 0 dəfə baxılıb






NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyannamə barədə olduqça nikbindir.

Publika.az-ın məlumatına görə, bu barədə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın "Birinci Kanalı"na müsahibəsində bildirib.

"Biz bunu çox müsbət bir hadisə kimi görürük. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıyıq. Biz həmçinin bu prosesdə Avropa İttifaqı və ABŞ-ın səylərini, eləcə də hər iki ölkənin ikitərəfli əsasda həyata keçirdiyi tədbirləri dəstəkləyirik", - deyə o bildirib.

Xüsusi nümayəndə əlavə edib ki, NATO Ermənistanın Moskvadan uzaqlaşmaq istəklərini təşviq edir:

"Ermənilər öz qərarlarını verməkdə azaddırlar və düşünürəm ki, onlar artıq bizə yaxınlaşmağa başlayıblar - daha çox əməkdaşlıq barədə müraciət, daha çox siyasi dialoq və NATO-nun daha çox iştirakını tələb edirlər. Biz tərəfdaşlarımızın regionda sabitlik üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir", - deyə X.Kolomina qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031