bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"99% günahkar Nikol Paşinyandır"

13-02-2024, 08:20 0 dəfə baxılıb






Regionda vəziyyətin dəyişdiyini deyəndə, başa düşmək lazımdır ki, bunda 99% günahkar Nikol Paşinyandır.

Publika.az bildirir ki, bunu Ermənistanın birinci baş naziri Vazgen Manukyan yerli mediaya deyib.

“Hətta indi də o, yeni reallıq yarada bilər: Vardenisi (Basarkeçər-M.) təhvil verin və “yeni reallıq yaranıb” deyin və sonra bu reallıqla hesablaşmağa çağırın. Hakimiyyət xalqımızın ləyaqətini alçaltmaq istəyir. Etdiyi günahları insanların üzərinə yıxmaq istəyir. Düşünürəm ki, insanları uzun müddət bu vəziyyətdə saxlamaq mümkün deyil”, - deyə o vurğulayıb.

Manukyanın fikrincə, Konstitusiya və ya başqa nəyisə dəyişmək əvəzinə, Paşinyanı dəyişmək daha asandır.

“Demək olar ki, bütün dövlətlər müstəqillik əldə etdikdə, onlar öz məqsədlərini müəyyən edən Müstəqillik Bəyannaməsini qəbul edirlər. Gələcəkdə bütün Konstitusiyalar bu Bəyannaməyə əsaslanır”, - Manukyan vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın Müstəqillik Bəyannaməsinə baxsanız, Böyük Britaniyaya qarşı ittihamlar var, lakin bu, onların dostluq münasibətlərinə mane olmur. “1991-ci ildə Ermənistan yeni Bəyannamə, Gürcüstan və Azərbaycan isə 1918-ci il Bəyannaməsini qəbul edib və ona görə, həmin sərhədlər bu ölkələrin indiki sərhədləri ilə ilə üst-üstə düşmür”, - sabiq baş nazir qeyd edib.

O, Bəyannaməyə istinadları istisna etmək üçün Ermənistan Konstitusiyasına dəyişiklik etmək niyyətini absurd adlandırıb.

“Paşinyan mahiyyət etibarı ilə Bəyannamədən “özümüzü azad etməyə” çağırır, çünki buna görə bizi döyə bilərik. O, bunu deyəndə, xarici auditoriya da daxil olmaqla, sadəcə gülməli görünür. Amma hakimiyyət saxtakarlıq və təzyiq yolu ilə Konstitusiyaya dəyişikliyin qəbuluna nail olsa, o zaman bütün erməni xalqına mənəvi zərbə vurulacaq. Bəyannamədə yer alan tarixi ədalət ideyasına gəlincə, bu, erməni soyqırımının tanınması ilə bağlıdır”, - deyə Manukyan əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930