bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan Azərbaycanı müharibəyə təhrik edir - VİDEO

13-02-2024, 08:21 0 dəfə baxılıb




“Qarabağ xronikası” verilişinin 132-ci buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistan Silahlı Qüvvələrinin fevralın 12-si saat 13:37 radələrində Zəngilan istiqamətində törətdiyi hərbi təxribatdan bəhs edib.

O qeyd edib ki, texniki müşahidə vasitələri ilə əldə olunan görüntülərə əsasən, atəşkəs rejiminin pozulması faktı məqsədyönlü xarakter daşıyır:

“Kadrlardakı Ermənistan bayrağından da gördüyümüz kimi, mövqeyin kimə məxsusluğu şübhə doğurmur. Postun bilavasitə önündə mövqelənən erməni snayper qarşı tərəfi hədəfə alır və Azərbaycan sərhədçilərinə atəş açdıqdan sonra atəş sektorunu tərk edərək özlərinə məxsus posta qayıdır”.

Bildirilib ki, Cənubi Qafqazda stabillik, sülh və əmin-amanlıq müəyyən güc mərkəzlərinin maraqlarına cavab vermir: “The Telegraph” Agentliyinin jurnalisti Roland Olifantın Ermənistanın Baş naziri Nikol Paşinyana yeni müharibə ilə bağlı bir neçə dəfə ünvanladığı suallar Qərbin niyyətini bir daha ortaya qoydu. Elə N.Paşinyanın da stabillik haqda pafoslu cavabları Ermənistanın bu ərazilərdə yeni sifarişləri yerinə yetirməyə hazır olduğundan xəbər verir”.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031